Çörəyi çörəkçiyə ver...

post-img

Gəncənin özünəməxsus şirniyyat və çörək növləri var. Gəncə şəhər sakini Orxan Behbudov xeyli vaxtdır xüsusi dada malik olan “Gəncə təndiri” çörəklərinin bişirilməsi ilə məşğuldur. 

Gəncənin yerli buğdası ilə hazır­lanan bu çörək öz xüsusi ətri, dadı və keyfiyyəti ilə fərqlənir. Eyni zamanda, özünəməxsus görünüşü ilə seçilən bu çörək növünün hazırlanması bö­yük zəhmət tələb etsə də, Orxan Fa­zil oğlu və onun köməkçiləri bu işin öhdəsindən məharətlə gələ bilirlər.

Gəncə sakinləri “Gəncə təndiri” sexində hazırlanan çörəklərin key­fiyyətindən çox razılıq edirlər. Bura­ya hətta ətraf yerlərdən də məxsusi olaraq gələnlər olur. Orxan Behbu­dov deyir ki, indi onun əsas məqsədi daimi müştərilərinin inam və etibarını itirməməkdir. 

Bu yerdə məşhur atalar misalı yada düşür: çörəyi ver çörəkçiyə, biri­ni də üstəlik...Gəncəli Orxan Behbu­dov məhz belə çörəkçilərdəndir. 

XQ

Sosial həyat