Tüstü beyin iltihabı yaradır

post-img

Kanadanın şimalında hələ də alovlanan kütləvi meşə yanğınlarının tüstüsü bu yay Şimali Amerikanın çox hissəsini bürüyərək yaşlıların və xroniki tənəffüs xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığı üçün narahatlıq yaradıb. 

Bununla belə, Nyu-Meksiko Univer­sitetinin tədqiqat qrupunun “Neyroinfla­masiya” jurnalında dərc edilən yeni işi bu narahatlığı daha da artırıb. Alimlərin qənaətinə görə, meşə yanğınlarının tüstüsü beyində bir ay və ya daha çox davam edən iltihaba səbəb ola bilər. 

Tədqiqatçılar qrupu kiçik tüstü his­səciklərinin ağciyərlərdən qan dövranı­na daxil olduqda və qan-beyin barye­rini, beyindəki qan damarlarını əhatə edən sıx yığılmış hüceyrələrin təbəqə­sini keçdikdə həm pro, həm də antiinflamatuar reaksiyaları müəyyən ediblər. 

“Neyroiltihab, demans, alzheimer xəstəliyi - lövhə yığılması, həmçinin həyatın erkən dövründə neyroinkişaf­dakı dəyişikliklər və həyat boyu affek­tiv pozğunluqlar da daxil olmaqla, bü­tün növ təhlükəli beyin xəstəlikləridir. Əgər siz yanğınsöndürənsinizsə və ya sadəcə olaraq, tüstünün güclü təsirinə məruz qalmış icmanın sakinisinizsə, bu hadisədən həftələr, aylar sonra belə neyrokoqnitiv pozğunluqlar və ya əhval pozğunluqları ilə qarşılaşa bilərsiniz”, – deyə alimlər qeyd ediblər.

Leyla AZAD,
XQ

Sosial həyat