Bayden Dehlidə Çin lideri ilə görüşəcəyinə ümid edir

post-img

Dehlidə keçiriləcək Böyük İyirmilik (G-20) sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenin ÇXR Sədri Ci Çinpinlə rəsmi görüşü planlaşdırılır. Bu barədə NBC telekanalına ABŞ administrasiyasının iki nümayəndəsi bildirib. Xəbəri kanala istinadən “İnterfaks.ru” verib. 
Məlumatda deyilir: “Əgər Si Çinpin son nəticədə G-20 sammitinə gələcəksə, mümkündür ki, iki ider səmimi fikir müdadiləsi apara, yaxud bir-birini ürəklə salamlaya bilər. Bu, hazırkı məqamda ABŞ rəsmi şəxslərinin gözləyə biləcəyi ən böyük qarşılıqlı əlaqədir”. 

Bayden özü isə jurnalistlərə bildirib ki, Çin liderinin Dehlidə sentyabrın 9-10-da keçiriləcək sammitə gələcəyi, KİV-in çoxsaylı məlumatlarına görə, sual altında olsa da, Si Çinpinin iştirak edəcəyinə ümidlidir. 

Bu arada Çin XİN-in rəsmi nümayəndəsi bəyan edib ki, bununla bağlı məlumata malik deyil. ÇXR liderinin samittə qatılmamasının səbəbini isə bir çox müşahidəçi Hindistanla ərazi mübahisələri ilə əlaqələndirir. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya