Yeddi ayda “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 11,1 milyon ABŞ dollarıdır

post-img

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri) ixrac olunub. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizidir.

İyulda isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Cari ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

İqtisadiyyat