Ukrayna-NATO Şurasının ilk iclası

post-img

Vilnüsdə Ukrayna-NATO Şurasının birinci iclası keçirilb. Müzakirələrdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları və Ukrayna Prezidenti Volodimir Zelenski iştirak ediblər. Məlumatı “Anadolu” verib. 

Liderlər Zelenskini alqışlarla qarşılayıblar. Ukrayna Prezidenti Türkiyə və Böyük Britaniya liderlərini arasında əyləşib. 

İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edib. O deyib ki, Kiyev NATO üzrə müttəfiqlər səviyyəsində iştirak edir. 

“Sizin mərdliyiniz bizi ilhamlandırır. Biz Ukrayna ərazilərinin azad edilməsi və Rusiyanın dayandırılması məqsədilə dəstəyimizi davam etdirməliyik. Bu gün biz eyni səviyyədə görüşürük və mən müttəfiqlər kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm”, – deyə Stoltenberq bildirib. 

Zelenski isə sammitin nəticələrini yaxşı kimi qiymətləndirib. Onun sözlərinə görə, Ukraynaya NATO üzvlüyünə dəvət verilsəydi, tədbir ideal hesab oluna bilərdi. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya