Stoltenberq:  Rusiyanın qələbəsi NATO-nu aciz duruma salacaq

post-img

Rusiyanın Ukrayna ilə münaqişədə qələbə qazanması NATO-nu daha aciz duruma salacaq. Bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

“Ən böyük risk odur ki, Rusiya Prezidenti Putin gücdən istifadə edərək bu münaqişədən qalib çıxa, bu, ən böyük risk olacaq”, - deyə o, Vilnüsdə NATO-nun sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. 

Stoltenberq əlavə edib ki, bu vəziyyət Kiyev üçün faciə olacaq və Şimali Atlantika alyansını aciz dürüma salacaq. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya