Ukrayna PUA-ları Moskva səmasında

post-img

Ukraynada şiddətli döyüşlər davam edir. Bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Andrey Kovalev bildirib ki, Baxmut şəhərinin şimalında və cənubunda müdafiəçilər düşmənə təzyiq göstərməkdə davam edir və rus hərbçilərini əvvəllər ələ keçirdikləri mövqelərdən çıxarırlar: “Donetsk vilayətinin Baxmut bölgəsində Rusiyaya məxsus 3 reaktiv yaylım atəş sistemi və hücuma mane olan pulemyot heyəti məhv edilib. Ukrayna hərbçiləri Limansk, Avdeyevsk və Mariyinsk istiqamətlərində Rusiya ordusunun hücumlarını isə dayandırıblar”.

Bundan başqa, Ukrayna Silahlı Qü­vvələri iyulun 4-də səhər saatlarında Ru­siyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum ediblər. Hücum Vnukovo Hava Limanı yaxınlığında yer­ləşən hərbi hissəyə və aviabazaya edilib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Moskvaya hücum edən 5 PUA vurulub. Nazirlik hücumun Ukrayna tərəfindən edil­diyini açıqlayıb. 

Tədqiqatçılar hesab edir ki, əgər Uk­raynaya F-16 qırıcı təyyarələri verilərsə əks-hücum daha effektli olacaq. Amma Qərb bu təyyarələri hələ ki Ukraynaya vermək istəmir. Bu barədə NATO hərbi ko­mitəsinin rəhbəri, admiral Rob Bauer bildi­rib: “Əks-hücum tamamlanana qədər Uk­rayna “F-16” qırıcılarını almayacaq. Cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərar qəbul edilməyə­cək. O, həmçinin qeyd edib ki, ukraynalı pilotların, texniki mütəxəssislərin hazırlan­ması və təyyarələr üçün logistikanın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil. Admiral etiraf edib ki, üç müdafiə xətti, geniş minalanmış sahələr Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsini çətinləşdirir. 

Bu arada məlum olub ki, son həftələrdə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri­nin əks-hücumlarını ləngitmək üçün yeni taktikalara üstünlük verir, eyni zamanda, bunları təkmilləşdirməyə çalışır. Bu barədə Britaniya Müdafiə Nazirliyinin hazırladığı hesabatda qeyd olunur. Hesabatda vurğula­nır ki, Rusiyanın yeni taktikası döyüş mey­danında tank əleyhinə minalardan daha çox istifadəyə əsaslanır.

Britaniya kəşfiyyatının məlumatı­na görə, bəzi ərazilərdə mina sahələrinin sıxlığı rusların hərbi doktrinada nəzərdə tutulduğundan daha çox minadan istifadə etdiklərini deməyə əsas verir. Lakin brita­niyalı ekspertlər iddia edirlər ki, bu taktika daha çox Ukraynanın əks-hücumunun ilkin mərhələlərində effektli olub. Həmçinin Britaniya kəşfiyyatı vurğulayır ki, hazırda Rusiya ordusu artilleriya sursatlarının ça­tışmazlığından əziyyət çəkir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüv­vələrinin əks-hücumu iyunun əvvəllərin­dən başlayıb. Lakin Qərb mediası əks-hü­cumun gözlənildiyindən ləng getdiyini yazır.

 

Ə. PÜNHAN, “Xalq qəzeti”

Dünya