ABŞ-da Ağ Ev ərazisində qısamüddətli çaxnaşmaya səbəb olan atışma baş verib. Məxfi Xidmətinin sözçüsü jurnalistlərə bildirib ki, polis Vaşinqtonda Ağ Evin yaxınlığında silahlı şəxsə atəş açıb.
Məlumatı “Anadolu” yayıb.
Onun sözlərinə görə, atışma Müstəqillik prospekti ilə 15-ci küçənin kəsişməsində baş verib və polis silah gəzdirdiyi iddia edilən şübhəliyə atəş açıb. Zərərçəkən xəstəxanaya aparılıb.
Rəsmi şəxs yaralının vəziyyəti ilə bağlı şərh verməyib, yalnız onun “gənc” olduğunu bildirib.
Əvvəllər Ağ Ev ərazisində yerli vaxtla əvvəlki gün gündüz saatlarında atəş səslərinin eşidildiyi bildirilmişdi. Nəticədə, iqamətgah ərazisindəki jurnalistlər təhlükəsizlik məqsədilə brifinq otağına təxliyə edilmişdilər. Bir müddət sonra heç bir təhlükə aşkarlanmamışdı.
P.ƏMİRCANOV
XQ

