Çində faciə: 21 ölü, 61 yaralı

post-img

Çinin cənubundakı Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.

Sinxua agentliyinin məlumatına görə, partlayış dünən axşam saatlarında əyalətin mərkəzi Çanşa şəhərinin Liuyanq qraflığında yerləşən zavodda baş verib. Hadisədən sonra yanğınsöndürmə və xilasetmə xidmətləri göndərilib və axtarış-xilasetmə əməliyyatı davam edir.

Çin Sədri Si Cinpin xilasetmə əməliyyatlarının aparılması üçün bütün qüvvələrin səfərbər edilməsinə və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tez bir zamanda araşdırma aparılmasına çağırıb. O, həmçinin vurğulayıb ki, yerli hakimiyyət orqanları və müvafiq qurumlar hadisədən dərs çıxarmalı və iş yerlərində, xüsusən də əsas sənaye sahələrində təhlükəsizlik tədbirlərini və risklərin idarə edilməsini gücləndirməlidirlər.

P.ƏMİRCANOV
XQ

 

Dünya