Misli Premyer Liqasında XXX tur

post-img

Misli Premyer Liqasında XXX tura yekun vurulub. Dünən “Karvan-Yevlax” “Neftçi”ni qəbul edib. Yevlax şəhər stadionunda baş tutan görüş bakılıların böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0.

Qonaqların heyətində İmad Faraj (31), Emin Mahmudov (50-p.) və Freddi Varqas (57) fərqləniblər.

Bu qələbə sayəsində “Neftçi” 50 xalla turnir cədvəlində 4-cü pilləyə – avrokubok zonasına yüksəlib. Sonuncu – 12-ci olan “Karvan-Yevlax”ın 14 xalı var.

Xatırladaq ki, daha əvvəl “Kəpəz” “Sumqayıt”ı (2:1), “İmişli” “Araz-Naxçıvan”ı (1:0) “Sabah” “Şamaxı”nı (3:0), “Zirə” “Qəbələ”ni (1:0), “Qarabağ” isə “Turan Tovuz”u (2:1) məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 75 xalla “Sabah” başçılıq edir. “Qarabağ” 62 xalla 2-ci, “Turan Tovuz” isə 56 xalla 3-cü pillədədir.

Qabil YUSİFOĞLU
XQ

İdman