ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə may ayının ortalarında Pekində planlaşdırılan görüşündən əvvəl münasibətlərini çox yaxşı adlandırıb.
Tramp “Salem News”-a verdiyi müsahibədə deyib: “Biz düşmənik. Amma bizim çox yaxşı münasibətlərimiz var. Bizim çox güclü münasibətlərimiz var. Və düşünürəm ki, Çinlə yola getmək döyüşməkdən daha yaxşıdır. Onlar da belə düşünürlər”.
Onun sözlərinə görə, Çin əvvəllər Venesuela ətrafındakı vəziyyəti izlədiyi kimi, İran ətrafında baş verənləri də izləyir.
Tramp həmçinin Si Cinpinin noyabr ayında ABŞ-a səfər edəcəyini təsdiqləyib.
Trampın Pekinə səfəri 14-15 may tarixlərinə planlaşdırılıb. Bu, 2017-ci ildən bəri ABŞ prezidentinin bu ölkəyə ilk səfəri olacaq.
P.ƏMİRCANOV
XQ

