Stoltenberq daha 1 il NATO-ya rəhbərlik edəcək

post-img

NATO-nun Baş katibi Yens Stoltenberqin mandatının dördüncü dəfə daha bir il uzadılmasına qərar verilib. Bu barədə Qərb mediası məlumat yayıb.

Bildirilib ki, müttəfiq ölkələr Stoltenberqin sentyabrın 30-da başa çatacaq mandatının uzadılması ilə bağlı razılığa gəliblər.

Məlumat verilib ki, bu qərar NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitin­də dövlət və hökumət başçıları tərəfin­dən təsdiqlənəcək.

Bu qərarla Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun Baş katibi vəzifəsini davam etdirəcək.

Dünya