Dərhal qeyd edək ki, Pentaqon Amerikada yadplanetlilərin gəmilərinin olması ilə bağlı məlumatları təkzib edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Pentaqon ABŞ-da yadplanetli gəmilərin olması barədə məlumatı olduğunu iddia edən istənilən adamla danışmağa hazırdır. Bunun “feyk” xəbər olduğunu deyən nazirliyin tabeliyində olan Milli Geokosmik Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Devid Qraş Pentaqonun bütöv və zədələnmiş yadplanetli gəmiləri əldə etdiyini iddia edib.
D.Qraş, həmçinin ölkədə Yerdənkənar texnologiyaların öyrənilməsi üçün gizli proqramın mövcudluğunu sübut edən sənədləri də şəxsən gördüyünü bildirib.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

