Dibi görünən dərin göl

post-img

ABŞ-ın Montana ştatında yerləşən “Flathead” gölü dünyanın ən təmiz gölü hesab olunur. Gölün 50 metr dərinlikdə olan hissəsinin dibi gözlə görülə bilir. Gölün başqa bir adı isə “Salish”dir. Bu ad isə gölün ətrafında yaşayan yerli tayfanın adından götürülüb.

Montana ştatının şimal-qərbində yerləşən gölün uzunluğu təx­minən 30 mil (48 km), eni 16 mil (26 km), maksimum dərinliyi isə 370,7 fut (113,0 m) təşkil edir. 

“Flathead” gölü Missisipinin qərbində yerləşən ən böyük təbii şi­rin su mənbəyi sayılır. Gölün qərb sahilində 2,2 hektarlıq “Wildhorse” parkı yerləşir. Park adada yerləşdiyindən oraya yalnız qayıqla daxil olmaq mümkündür.

Göldə və onun ətrafında çox sayda idman və turizm obyektləri fəaliyyət göstərir. 

F.SALMANOVA, “Xalq qəzeti”

Dünya