Əksər rayonlarda yağmursuz olacaqGələrəm

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidməti­nin verdiyi məlumata əsasən iyunun 9-da Bakıda və Abşeron yarımada­sında əsasən yağmursuz keçəcək. 

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22°, gündüz 25-30° isti ola­caq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. Azər­baycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz şi­mal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlər­də leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya