Ədviyyatların bir çox xəstəliklərin qarşısını almaqda kömək etməsi əsrlərdir təsdiq olunub. İstiot və çili ani ölüm riskini aşağı salır. Türkiyəli mütəxəssislərin araşdırmaları nəticəsində bu ədviyyatların sağlamlığa təsiri sübut olunub.
Məhsulu həftədə dörd dəfə və ya daha çox istifadə edən insanların ölüm riski ümumiyyətlə, yeməyənlərlə müqayisədə 23 faiz azdır. Mütəxəssislər bildiriblər ki, acı bibər yeyən insanların ürək xəstəliyindən ölmə ehtimalı 34 faiz azdır.
Proessor Mustafa Çetinerin sözlərinə görə, bu ədviyyatda kapsaisin alkaloidinin molekulları var ki, bunun sayəsində onkologiya, insult və infarktın inkişaf riski azalır. Çilidə həmçinin B1, B2, C vitaminləri, antioksidantlar var və tərkibindəki karotenoid piqmentləri insanın görmə qabiliyyətini artırır.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

