Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı yeni layihəyə start verib.
MOK-un inzibatı binasında layihə çərçivəsində “Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub. Forumda layihə çərçivəsində “Təhlükəsiz idman”a aid filmlər silsiləsi, görülmüş digər işlər və gələcək planlar təqdim olunub.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib, milli federasiyalarda təhlükəsizlik üzrə nümayəndənin olmasının vacibliyini diqqətə çatdırıb.
Sonra mövzu ilə bağlı təqdimatlar keçirilib.
L.QURBANOVA, “Xalq qəzeti”

