Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanlarının adları açıqlanıb.
Yarışda milli komandanın 11 üzvü iştirak edəcək.
Sablya növündə ölkəmizi qadınlar arasında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç, kişilərin yarışında isə Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Ayxan Xasıyev təmsil edəcəklər. Şpaqa növündə isə komandamızın heyətində Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov yer alıblar.
Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

