Gələrəm, pərişan evim!

post-img

Tanınmış şair-publisist Həzi Həsənli “Facebook”da fəallığı ilə seçilən ziyalılardandır. Onun bir qayda olaraq duyğusal şeir parçaları ilə müşayiət olunan ana təbiətimizin, eləcə də tarixi yurd yerlərimizin gözəllikləri ilə bağlı paylaşımları diqqəti cəlb edir. 

Dünən şair sosial şəbəkələrdəki dostlarına kövrək bir Borçalı bayatısı təqdim edib. Düşünürəm ki, qayğısız uşaqlıq çağlarımızla bağlı həmin həzin hissləri çoxumuz yaşamışıq. Bayatıda belə deyilir: 

Sən də mənsiz qəribsədin, 

Gül-çiçəyi heşan evim...

Açılar səddin- sərhədin,

Gələrəm, pərişan evim!..

P.S. Bəli, Vətən doğma evin kanda­rından başlayır. Yeniyetmə və gənclər bir quş olub bu doğma yerlərdən pər­vazlanıb uçurlar və özləri ilə ən ülvi və şirin arzu və xatirələrini aparırlar. İllər keçdikcə, torpaq insanı özünə çəkir və o yerlərə qayıtmaq həvəsi artır. 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat