Bildiyimiz kimi, “WhatsApp” vasitəsilə yüksək keyfiyyətli şəkillər göndərmək olmur. Şəkillər sıxılmaya məruz qaldığı üçün itki baş verir. Artıq bu problem aradan qaldırılır. Belə ki, proqrama şəkilləri HD formada göndərməyə imkan verən yeni funksiya əlavə edilir. Bu barədə şirkətin saytında məlumat paylaşılıb.
Proqram təsviri göndərməzdən əvvəl iki seçim imkanı verir: standart (1600 x 1052 piksel) və HD keyfiyyət (4096 x 2692 piksel). HD keyfiyyət seçimi şəkli orijinal ölçüsündə göndərmək demək deyil. Bu zaman belə, proqram şəkili sıxaraq onu bəzi detallardan məhrum edir.
Qeyd edək ki, yeni funksiya həm Android, həm də iOS üçün əlçatan olacaq. İctimaiyyətə nə vaxt təqdim ediləcəyi isə hələlik məlum deyil.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

