“Söhbət çatbotu” “Instagram”da

post-img

“ChatGPT”nin yüksəlişi ilə sosial media şirkətləri süni intellektə xüsusi diqqət ayırır. Digər şirkətlər kimi “Instagram” da süni intellektlə dəstəklənən çatbot hazırlayıb. Xəbəri “cnn.com” saytı verib. 

Yeni funksiya həm istifadəçi suallarını cavablandıracaq, həm də müxtəlif töv­siyələr verə biləcək. Çatbotun hər birinin özünəməxsus üslubu və 30 fərqli versi­yası olacaq. Ona görə də istifadəçilər bu variantlardan istədiklərini seçə biləcəklər. Lakin bütün versiyaların təfərrüatları və ya onlar arasındakı fərqlər hələlik açıq­lanmayıb.

Qeyd edək ki, yeni funksiyanın aktiv söhbətlərə inteqrasiyası gözlənilir. Belə ki, istifadəçilər “@” etiketindən istifadə edərək çatbotu öz müzakirələrinə daxil edə biləcəklər.

Son xəbərlər