Stoltenberq: Ukrayna daha çox əraziləri qaytarmağa hazırdır

post-img

NATO əmindir ki, Ukrayna böyük əks-hücum üçün hazırlıq fonunda daha çox əraziləri qaytarmağa hazırdır.

"Mən əminəm ki, onlar indi daha çox torpaqları azad edə biləcəklər". NATO-nun baş katibi Yens Stoltenberq Almaniyadakı Ramşteyn aviabazasında keçirilən görüşdən sonra deyib.

Onun sözlərinə görə, müttəfiqlər hazırda müharibə başa çatdıqdan sonra Rusiyanın yeni hücumlarının qarşısını almaq üçün Ukraynanın çəkindirici qüvvəyə malik olmasını təmin etməyə yönəlib. 

 

Dünya