Gimnastımız yarışın finalına yüksəlib

post-img

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində top ilə yarışın finalçıları müəyyənləşib.

Gimnastımız Zöhrə Ağamirova paytaxtımızda keçirilən dünya kuboku yarışlarında topla proqramını icra edib.

Z.Ağamirovanın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 32 xalla qiymətləndirilib. Təsnifat mərhələsində dördüncü olan gimnastımız finala vəsiqə qazanıb.

Digər gimnastımız Alina Gözəlova isə mərhələ adlaya bilməyib. O təsnifat mərhələsində doqquzuncu olub.

Xatırladaq ki, topla yarışın final mərhələsi aprelin 23-də keçiriləcək.

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır.

Xatırladaq ki, Bakı 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

İdman