13-cü taborun 13 şəhidi

post-img

Azərbaycan Yazıçılar Birliyində (AYB) birliyin üzvü, Prezident təqaüdçüsü Elnur Uğurun 44 günlük Zəfər savaşında əfsanəvi şücaət göstərən 13-cü əfsanəvi taborun 13 şəhidinin döyüş yolundan bəhs edən “13 Əfsanə” kitabının təqdimatı keçirilib. 

Təqdimatı AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı Elçin Hüseynbəyli açıb. Tədbirin aparıcılığını tənqidçi Əsəd Cahangirə həvalə edib. Tədbirdə tanınmış tənqidçilərdən Vaqif Yusifli, Esmira Fuad, Yeganə Qəhrəmano­va, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, “Kür–Xəzər xeyriyyə cəmiyyə­ti”nin prezidenti Akif Kərimov, AzTV-nin departament rəhbəri Elnar Məmmədli, həkim-şa­ir Nazilə Gültac, şairə Adilə Nəzər, “Ədəbi ovqat” dərgi­sinin təsisçisi Rafael Tağıza­də, dilçi-alim Aynur Bəşirova, ASKEF-nin Azərbaycan təm­silçisi Sona İsmayılova, din xadimi Mirseymur Əliyev, qazi Ayar Abbasov, “13 əfsanə”nin valideynləri və doğmaları çıxış ediblər.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Sosial həyat