Beyni nə gücləndirir?

post-img

Möcüzəvi həblərin köməyi olmadan beynin işləmə qabiliyyətini artırmaq olar. Beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 274 kilometrə bərabərdir. Bu impulsların surəti, təxminən, Formula avtomobillərinin sürəti ilə müqayisə olunur.

Beyin üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. Alimlərin fikrincə, in­sanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə, bir o qə­dər çox yuxu görür. Əksər in­sanlarda beyin deyəndə qoz ləpələrinə oxşar boz maddə assosiasiyası yaranır. La­kin canlı beyin tünd qəhvəyi rəngli, su və qandan təşkil olunmuş yumşaq orqandır.

Beynə qidalanma və su təsir edir: yaşıl yarpaqlı tərəvəzlər, xüsusən kələm, ispanaq; yağlı balıq – qızılba­lıq, siyənək, skumbriya; gilə­meyvələrdən moruq, yaban mərsini, mərcangilə, zoğal; beynin düzgün işləməsi üçün lazım olan ən çox yağa sahib – qoz; beynin böyük miq­darda məlumatı daha sürətli emal etməsinə kömək edən qəhvə və çaydır, əsas odur ki, həddi aşmayın.

Z.HÜSEYN, “Xalq qəzeti”

Səhiyyə