200 metrdən çox dərinliyi olan çay məcrası olduğunu eşitmişdiniz?

post-img

Bəli, belə çay var. Bu, Mərkəzi Afrikadan keçən Konqo çayıdır. Dörd min kilometrdən çox uzunluğu olan bu çay ekvatoru 2 dəfə “kəsir”. Bu məsafə böyüklüyü axar boyu çayın adının dəyişməsinə də səbəb olur. Belə ki, coğrafiya mütəxəssisləri Konqo çayına Zair çayı da deyirlər. Bəzi yerlərdə onun dərinliyi hətta 200 metrdən çoxdur.

Alimlər yazırlar ki, dünyanın ən uzun 8 çayından biri olan Konqo dənizə saniyədə 80 min kubmetr su axıdır. 

İ. MƏMMƏDCANLI, “Xalq qəzeti”

 

Maraqlı