Bu günün təsis edilməsinin təşəbbüskarı 1971-ci ildə keçirilən 23-cü Baş Assambleyada Avropa Kənd Təsərrüfatı Konfederasiyası olub və bu ideya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənib.
Hər il günün tədbirləri müəyyən bir mövzuya həsr olunur. Bu il Beynəlxalq Meşələr Günü "Meşələr və iqtisadiyyatlar" devizi ilə qeyd olunur.
Meşələrin qorunması bu gün bütün ölkələrin üzləşdiyi ən vacib ekoloji problemlərdəndir. Son illərdə meşələrin qırılması ilə bağlı təkcə ekoloqlar deyil, bütün beynəlxalq ictimaiyyət həyəcan təbili çalır.
Son 10 min ildə 26 milyon kvadratkilometr meşə məhv edilib
Hazırda Yer kürəsindəki ümumi meşə sahəsi təxminən 38 milyon kvadratkilometrdir , bunun 13 faizi qorunan ərazilərdir.
Meşə itkisi və deqradasiyası bütün ölkələrin birgə tədbirlər görməsini tələb edən beynəlxalq problemlərə çevrildiyindən BMT üzv dövlətləri bu günün xüsusi tədbirlərlə qeyd olunmasını dəstəkləməyə çağırıb. Bu gün dünyanın əksər ölkələrində meşələrin və yaşıl sahələrin qorunmasına yönəlmiş müxtəlif tədbirlər, müsabiqələr , sərgilər, ağacəkmə kampaniyaları və fləş-moblar təşkil olunur. BMT-yə üzv dövlətlər hazırda məqsədyönlü meşəsalma siyasəti çərçivəsində bir sıra tədbirlər həyata keçirirlər.
Respublikamızın meşə fоndu sahəsi ümumi ərazinin 14 faizini təşkil edir
Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini ,meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini təşkil edir.
Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.
Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan vurulub.
XQ

