Tehran Yaponiya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verəcək

post-img

Gündoqan ölkənin neft idxalının 90 faizinən çoxu bölgənin payına düşür

İranın xarici işlər naziri Abbas Əraqçi bunu Tokio ilə məsləhətləşmələrdən sonra  “Kyodo” xəbər agentliyinə müsahibəsində bildirib. Agentliyin məlumatına görə, Əraqçi bəyan edib ki, İran Yaponiya tərəfi ilə məsləhətləşmələrdən sonra bu ölkəyə gedən gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır: “Bu məsələ artıq iki ölkə arasında müzakirə olunur”.

Qeyd edək ki, Prezident Donald Tramp daha əvvəl ABŞ-IN Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə borclu olmadığını bildirib: “Boğaz, lazım gəldikdə, ondan istifadə edən digər ölkələr tərəfindən qorunmalı və patrul edilməlidir. Birləşmiş Ştatlar bundan istifadə etmir!”. 

XQ

Dünya