Londonda Novruz bayramı təntənə ilə qeyd olunub

post-img

Londonun “Queen Mary” universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti, həmçinin
Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə möhtəşəm tədbir keçirilib. 

Tədbirdə çıxış edən təşkilatçılar Novruzun qədim tarixi barədə məlumat veriblər. Bədii hissədə
beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva çıxışında Azərbaycan
və dünya klassik musiqi nümunələrini ifa edib.

Proqramı çərçivəsində Novruzun atributları olan səməni, şamlar və milli dekor elementləri, eyni
zamanda azərbaycanlı rəssam və sənətkarların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. 
Tədbirin sonunda iştirakçılara şəkərbura və paxlava paylanılıb.

XQ

Sosial həyat