Gürcüstanın xarici ticarəti azalmaqda davam edir

post-img

XQ xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3,5 milyard dollar olub.  Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azdır.

Hesabat dövründə ölkəyə 2,5 milyard dollar dəyərində məhsul idxal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 15,4 faiz aşağıdır. İxrac isə keçən ilin ilk iki ayı ilə müqayisədə 22,9 faiz artaraq 1 026,7 milyon dollar olub.

Gürcüstanın xarici ticarət tərədaşları sırasında Türkiyə birinci yeri tutub. İki ölkə arasında xarici ticarət dövriyyəsi 499,5 milyon dollardır. Bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 14,2 faizidir. Çin 2-ci (457,8 milyon dollar), Rusiya 3- cü (418,4 milyon dollar), ABŞ isə 4- cü (237 milyon dollar) yerdədir. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 214, 4 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 5-ci yerdə qərarlaşıb.

 

İqtisadiyyat