U18 cüdo millimiz Almaniyada beynəlxalq turnirdə 15 medal qazanaraq qalib olub

post-img

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turniri start götürüb. Yarışın ilk günündə U-18 yaş kateqoriyasında qaliblər və mükafatçılar müəyyənləşib. Cüdo federasiyasından verilən məlumata görə, yeniyetmə oğlanlardan ibarət yığmamız uğurlu çıxışı ilə yadda qalıb.

Millimizin üzvləri Rza Xəlilli (50 kq), Məhəmmədəli Hüsiyev (60 kq), Ayxan Həsənli (81 kq) və Ömər Axundov (90 kq) qızıl medal qazanıb. Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq) və Polad Həsənli (81 kq) gümüş mükafata layiq görülüb. Nihad Ağayev (50 kq), Devid Mahmudov (55 kq), Mikayıl Qocayev (60 kq), Elgün Səfərov (66 kq), Sadiq Məmmədov (73 kq), Yaqub Məmmədov (81 kq), Nurəddin Əliyev (90 kq) və Tamerlan Əliyev (+90 kq) isə bürünc medal əldə edib.

Yekunda 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, sabah turnirdə U-21 yaş kateqoriyasında görüşlər keçiriləcək. Yarışda ümumilikdə 30 ölkədən 839 idmançı iştirak edir.


Qabil YUSİFOĞLU

XQ

İdman