Restoran müştəriləri süni intellektlə izləniləcək

post-img

Yapon restoranlar şəbəkəsinin operatoru “Kura Sushi” müştərilər tərəfindən qidaların xarab olmasının qarşısını almaq üçün süni intellektlə işləyən xəbərdarlıq sistemi hazırlayıb.

Qida ilə qeyri-gigiyenik zarafatların yer aldığı video­lar sosial şəbəkədə aktiv şə­kildə yayılmağa başlayandan sonra buna ehtiyac yaranıb.

Videodakı kadrlarda qo­naqların yemək boşqablarını necə yaladığını, sonra onla­rı öz yerinə qoyduğunu görə bilərsiniz. Bəziləri isə sadə­cə, olaraq konveyer lentində­ki boşqablardan yeməyin bir hissəsini götürürlər.

Süni intellektə əsaslanan sistemin kamerası bir müş­tərinin toxunduğu boşqabı kiminsə konveyerə qaytardı­ğını aşkar edərsə, şəbəkənin baş ofisinə bildiriş göndərilə­cək.

Bundan sonra baş ofis menecerlə əlaqə saxlayacaq ki, həmin bədniyyət şəxsə yaxınlaşacaq. “Biz inanırıq ki, bu videolar son dərəcə narahatedicidir və suşi biz­nes modelinin əsasına təhdid təşkil edir”, – “Kura Suhi”nin əməkdaşı Okamoto Hiroyuki deyib.

Şirkət bildirir ki, belə bir sistem bu sahədə ilk belə tət­biqdir və digər restoranlarda da istifadə olunacaq.

Son xəbərlər