Dünya çempionatında 9 mükafat

post-img

Mayın 8-11-də Polşanın Pulavı şəhərində ənənəvi karate üslubu fudokan üzrə 10-cu dünya çempionatında yığmamız 9 medal qazanıb.

Böyüklər arasında Hacıəli Vəlizadə (+80 kq), Vüsal Seyidov (60 kq, U21), gənclər arasında Tahir Ələkbərov (75 kq), Şəfaqət Zeynallı (60 kq) və yeniyetmələrdə isə Qorxmaz Səfərli (60 kq) qızıl medala sahib olublar. Mütləq çəki dərəcəsində Babək Qələmzadə, gənclərdə Məhəmməd Bağırov (+65 kq) 2-ci yeri tutublar. Böyüklərin yarışında Kamran Heydərzadə (80 kq), veteranlar arasında isə Siyavuş Bayramov (+75 kq) bürünc mükafata yiyələniblər.

L.AZAD
XQ

 

İdman