Taekvondo üzrə Dünya Çempionatına həsr olunmuş konsert keçirilib

post-img

Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə ölkəmizdə keçiriləcək növbəti taekvondo üzrə dünya çempionatı münasibətilə paytaxt Bakıda bir sıra tədbirlər keçirilir. Bunlardan biri də bu gün Heydər Əliyev Mərkəzinin parkında təşkil konsert proqramıdır.

Qeyd edək ki, konsertin əsas ulduzları Xalq artistləri Aygün Kazımova və sevilən müğənni Miri Yusif olublar. Onlar öz sevimli ifaları ilə dinləyicilərə əyləncə dolu anlar bəxş ediblər. 

Konsert proqramına əsasən, İlkin Fuadoğlu və Dj Nicolas da öz mahnıları ilə gecəyə rəng qatıblar.  

Qeyd edək ki, paytaxt Bakıda sayca 26-cı dəfə təşkil olunacaq yarış taekvondo üzrə dünya çempionatı mayın 29-da start götürəcək. Yarışlar iyunun 4-dək davamç edəcək. Yarışda idmançılar 16 dəst medal uğrunda mübarizə aparcaqlar. Ümumilikdə, 2 minədək qonağın gəlməsi gözlənilən yarışda iştirak üçün 145 ölkədən, 1000-ə qədər idmançı iştirak edəcək. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman