Seçmə mərhələdə son oyun

post-img

AFFA-nın məlumatına görə, on yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.

Yığmamız yerli vaxtla saat 16:00-da Monteneqro komandası ilə qarşılaşacaq. Matç Bosniya və Herseqovinada keçiriləcək.

Oyunu Moldovadan olan hakim Elena Gobjila idarə edəcək. Ona Ana Ciobotaru (Moldova) və Merima Tanoviç (Bosniya və Herseqovina) köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Almasa Hodzic (Bosniya və Herseqovina) yerinə yetirəcək.

Xatırladaq ki, bundan əvvə millimiz Qazaxıstan seçməsinə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti matçda Bosniya və Herseqovina yığmasına eyni hesabla məğlub olub.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman