Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97, № 2, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2079 nömrəli, 8 aprel tarixli 2087 nömrəli və 25 aprel tarixli 2120 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 8.0-cı bəndində “regional miqrasiya idarələrinin rəisləri, onların müavinləri, həmin idarələrin müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, onun müavini, həmin Xidmətin müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş” sözləri “inspektorları, regional miqrasiya baş idarələrinin (idarələrinin) rəisləri, onların müavinləri, həmin baş idarələrin idarə rəisləri, onların müavinləri, regional miqrasiya baş idarələrinin (idarələrinin) müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları,” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il

Fərmanlar