Dünən Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Görüşdə, həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər.
Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.
Qeyd edək ki, 2025-2028-ci illər üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rasul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərirlər.
Qabil YUSİFOĞLU
XQ

