Şirvan şəhərində Dünya Badminton Federasiyasının “Shuttle Time” layihəsi çərçivəsində məktəblilər arasında badmintonun kütləviliyini artırmaq, gənc məşqçi və hakimlər hazırlamaq məqsədilə təlimlər keçirilib.
Proqram çərçivəsində regional müəllimlər üçün “Shuttle Time Teachers” kursları təşkil olunaraq badmintonun şagirdlərə öyrədilməsi üzrə praktiki məşğələlər keçirilib. Azərbaycan Badminton Federasiyası tərəfindən təyin edilmiş mütəxəssislər tərəfindən həyata keçirilən təlim Təhsil Respublika İdman Mərkəzinin Şirvan Şəhəri Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutub.
Layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Qabil YUSİFOĞLU
XQ

