Yağış yağacaq, şimşək çaxacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 1-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutu­lacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsə­cək. Gecə 16-21°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azər­baycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın tempera­turu gecə 15-20°, gündüz 27-32°, dağ­larda gecə 6-11°, gündüz 13-18° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya