NASA Ayda tərəvəz yetişdirəcək

post-img

NASA şirkətinin patentləşdirilmiş AIRMADE texnologiyası bu ay qida müsabiqəsinin ikinci mərhələsində elan olunan səkkiz qalibdən biri olub. 

Qaliblər arasında Florida laboratoriyasında həşərat sürfələri yetişdirmək üçün bioregenerativ sistem, bitki və göbələk əsaslı maddələr yaratmaq üçün Kaliforniyada hazırlanmış süni fotosin­tez prosesi və tək hüceyrəli zülallar istehsal etmək üçün Finlan­diyadan qaz-fermentasiya texnologiyası da var. 

NASA-dan verilən məlumata görə, şirkət orbitdə kahı, kələm və çili bibəri də daxil olmaqla bir neçə tərəvəz növü yetişdirəcək. Buna görə Ayda təcrübə də keçirilib.

Qeyd edək ki, yaxın günlərdə müsabiqənin final mərhələsi keçiriləcək və ayrılan 1,5 milyon dollara qədər pul mükafatı mü­sabiqənin yekun qalibləri arasında bölüşdürüləcək.

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya