Yeni qara dəlik…

post-img

NASA mütəxəssisləri “Hubble” teleskopu vasitəsilə yeni qara dəlik kəşf ediblər. Yeni tapıntı planetimizə yaxın məsafədə yerləşir. Unikallığı ilə seçilən qara dəlik Yer kürəsindən 6 min işıq ili uzaqlığında M4 adlı ulduz qruplaşmasında yerləşir və Günəşin kütləsindən sadəcə 8 yüz dəfə böyükdür. 

Qeyd edək ki, bu cür qara dəliklərə nadir hallarda rast gəlinir. Belə ki, bu vaxta qədər yalnız bir neçə belə kosmik obyekt kəşf edilib. Alimlərin fikrincə, orta ölçülü qara dəliklər böyük olmayan qalaktikaların mərkəzlərində yerləşərək öz ətraflarında yerləşən ulduzları “udmaqla” məşğul olur. Onları təyin etmək çox çətindir. Buna baxmayaraq, alimlər hələ 2014-cü ildə sübut ediblər ki, Yer kürəsindən 12 milyon işıq ili uzaqlığında belə bir kosmik obyekt var.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya