Güllərdən gözəl Güldəstə...

post-img

Sosial şəbəkələrdə fəallığı ilə seçilən bir nəfər tanınmış qələm əhli bu gözəl fotonu özünün “Facebook” səhifəsində yerləşdirərək belə yazıb: 

“Könül bağçanızda gül bəsləyin ki, gözəl olasınız, gözəl görünəsiniz, gözəl görə­siniz, ən nəhayət, gözəl se­viləsiniz, gözəl sevəsiniz...”

Məncə, güllərin gözəlliyinə yaraşıq qatan bu körpə qız (qəlbimdə adını “Güldəstə” qoydum) barədə də nəsə demək, yazmaq lazım idi. Bu barədə bir-iki kəlmə yazmaq istədim, gördüm ki, bu yerdə söz acizdir. 

Düşündüm ki, ən yaxşısı, Allahın yaratdığı ilahi gözəlliyi seyr edərək ondan zövq al­maqdır. Hörmətli oxucular, siz necə düşünürsünüz? 

Yadınıza onu da salmaq istəyirəm ki, bu gün 1 İyun Uşaqların Beynəlxalq Müda­fiəsi Günüdür. 

M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat