“Heç vaxt ruhdan düşməyin!”

post-img

Bir dəfə Uinston Çörçili universitet məzunları qarşısında çıxış etmək üçün dəvət edirlər. Hamı onun parlaq çıxışını gözləyir. Çörçil ayağa durur: “Heç vaxt, heç vaxt, heç vaxt ruhdan düşməyin”, – deyir və oturur.

Uşaqlıqda danışığında qüsur olan və hətta kəkələyən gələcəyin böyük siyasətçisi dünya tarixinə mahir və mükəmməl natiq kimi düşüb. Qəribədir ki, məktəbdə oxu­mağa marağı olmayıb. Dərslərini pis oxumaqla yanaşı, həm də məktəb qayda-qanunlarına əməl etməyən ən in­tizamsız şagirdlərdən sayılıb.

U.Çörçil məşhur siyasətçi olmaqla yanaşı, memar, rəssam, hərbi jurnalist, tarixçi və yazıçı kimi də tanınıb.

Ə.PÜNHAN, “Xalq qəzeti”

Sosial həyat