“Quest 3” – yeni VR cihazı

post-img

Məlumata əsasən, Meta şirkəti hal-hazırda “Quest 3” adlı yeni VR cihaz üzərində çalışır. Bloomberg saytının məşhur insayderi Mark Gurman isə şirkətin yeni VR cihazı barəsində məlumatları təqdim edib. Gurmanın bildirdiyinə görə, orta performanslı texniki özəlliklərə sahib olacağına baxmayaraq, “Quest 3” Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR /Mixed Reality) cihazı ilə rəqabət apara biləcək. İnsayder bildirib ki, “Quest 2” ilə müqayisədə “Quest 3” daha nazik və yüngül olacaq.

Yeni VR cihaz iki ədəd köməkçi kamera ilə təchiz olunacaq və onlar ətraf mühitin cihaz ekranlarında əks olunmasına istiqamətlənəcəklər. Gurman onu da qeyd edib ki, “Quest 3”də daha böyük ölçülü ekranlardan isti­fadə edilməsinə baxmayaraq, görüntü keyfiyyəti “Quest 2”nin sərgilədiyi səviyyədədir. Digər tərəfdən şirkət yeni VR cihazın texniki imkanlarını təkmilləşdirib və bunun sayəsində qarışıq reallıq rejimində video yayım key­fiyyəti yüksəlib. “Quest 2” kimi “Quest 3”ün də komp­lektinə 2 ədəd idarəetmə təchizatı daxil olacaq. “Quest 3”ün bu ilin oktyabr ayında təqdim ediləcəyi gözlənilir.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Dünya