“Google” qatlanan telefonu ləğv edir

post-img

“Google” şirkəti bəzi problemlər səbəbindən qatlanan telefonların buraxılışını dayandırıb. Şirkət qatlanan cihazın “Google”ın keyfiyyət tələblərinə cavab vermədiyi üçün istehsalını dayandırmalı olduqlarını bildirib.

Buna baxmayaraq, “Google”un qapaqlı formatda təq­dim edilən yığcam qatlanan “Pixel Flip” cihazını daha da təkmilləşdirəcəyi deyilir. 

Qeyd edək ki, “Google” may ayının ortalarında ilk qat­lana bilən telefonu olan “Pixel Fold”u təqdim etmişdi. Əsas 7,6 düymlük OLED displeyli olan bu cihaz təxminən 1799 dollar dəyərində satışa çıxarılmışdı. 

“Xalq qəzeti”

Dünya