Uşaq futbol turniri

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futbol turniri keçirilib.

On iki yaşlılar arasında təşkil edilən yarışda Bakı və Şamaxını təmsil edən səkkiz komanda iştirak edib.

Final oyununda “Şamaxı”nın U-12 komandası paytaxtın “Kristal” yığma­sını məğlub edərək birinci yeri tutub. Üçüncü yerin sahibi isə “Zəngəzur” ko­mandası olub.

Turnirdən sonra isə Şamaxını təm­sil edən veteran futbolçular ilə Bakıdan gələn veteranlar arasında yoldaşlıq oyunu keçirilib.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman