“Sabah” Basketbol Liqasının qalibidir

post-img

Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib. 

“Sərhədçi” İdman Mərkəzində ke­çirilən final seriyasının sonuncu oyu­nunda “Sabah” “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriya­sında 3:2 hesablı qələbə qazanan “Sa­bah” komandası Azərbaycan Basketbol Liqasında 2022–2023-cü il mövsümü­nün çempionu adını qazanıb.

Final seriyasının ən dəyərli oyun­çusu (MVP) amerikalı Entoni Patti olub. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ri­baund), “Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) seçiliblər.

İdman