Latviyada idman gimnastlarımızın uğuru

post-img

Qadın idman gimnastikası üzrə Latviyanın Liepaya şəhərində keçirilən açıq beynəlxalq turnirdə gimnastlarımız uğurla çıxış ediblər. Milli komandamızın üzvü Albina Əliyeva dayaqlı tullanma və gimnastika tirində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Komandamızın digər üzvü Xədicə Abbaszadə çoxnövçülük, dayaqlı tul­lanma və gimnastika tirində ikinci, sər­bəst hərəkətlər, müxtəlif hündürlüklü qollar ilə hərəkətlərin icrasında üçüncü yeri tutub. 

Leyla Məmmədzadə isə çoxnövçü­lük proqramında bürünc medala sahib olub.

İdman