Yağış yağacaq, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidməti­nin məlumatına əsasən, mayın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutu­lacağı gözlənilir.

Səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı eh­timalı var. Şimal-şərq küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəz olu­nacaq. Gecə 16-21°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma­dan aşağı 758 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbay­canın rayonlarında şimal və qərb ra­yonlarından başlayaraq, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə leysan xarakterli ola­cağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30- 35°, dağlarda gecə 7-12°, gündüz 15- 20° isti olacaq. 

 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya