Bir sıra səbəblərdən baş verən köpdən şikayətlənməyən insan yoxdur. Onun qarşısını almaq üçün dərman preparatlarından başqa təbii vasitələr də var.
Bilirdinizmi ki, darçın yalnız ədviyyat deyil, həm də soyuqdəyməyə qarşı xüsusiyyətlərə malikdir. Həmçinin həzmə kömək edərək, köpü aradan qaldırır.
Mədə və qarında köpü 3 əlamətlə müəyyənləşdirirlər: mədə dolu və ya adi haldan daha böyük hiss olunur; qarın ağrısı və ya narahatlıq yaranır; mədə böyüyür və ya oradan səslər gəlir…
Darçın bədəndəki iltihabları azaltmağa kömək edən antioksidant hesab edilir. Həm də onun tərkibində iltihab əleyhinə birləşmələr var. Məhz bu səbəbdən kofeyə əlavə edilən darçın köpün qarşısını almaqda böyük təsirə malikdir.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”